Braziliyada təyyarə qəzaya uğrayıb

Braziliyada təyyarə qəzaya uğrayıb

Braziliyada göyərtəsində Ali Məhkəmənin üzvü olan təyyarə qəzaya uğrayıb. AzərTac xəbər verir ki, Braziliyanın Federal Ali Məhkəməsinin üzvü Teori Zavaskinin olduğu təyyarə Rio-de-Janeyro yaxınlığında dənizə düşüb. Təyyarədəki 4 sərnişinin taleyi barədə məlumat yoxdur.

Məlumata görə, hakim Teori Zavaski Braziliyanın icra və qanunverici orqanlarının Petrobras neft-qaz şirkətində korrupsiya əməllərində iştirakı ilə bağlı təhqiqatlar aparırmış.

Bütün xəbərlər Facebook səhifəmizdə