Türkiyə üçün Avropa Birliyi (AB) ABŞ-dan 10 qat daha önəmli iqtisadi tərəfdaşdır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək Davos İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Türkiyə ixracatının 50 faizi AB-nin, 5 faizi isə ABŞ-ın payına düşür. Belə olan halda AB bizim üçün ABŞ-dan daha önəmlidir. AB Komissiyası Türkiyə ilə Gömrük Birliyi razılaşmasının gündəmə gəlməsinə yaşıq işıq yandırdı. Gömrük Birliyinə daxil olanlar dedikdə kənd təsərrüfatı, ictimai-sosial xidmətlər nəzərdə tutulur. Bu razılaşmanın həyata keçiriləcəyi təqdirdə ticarətin həcmi 10 il ərzində 2 dəfə artacaq. 150 milyarddan 300 milyard dollar səviyyəsinə qədər gəlib çıxa bilər", - Şimşək bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB