İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Tehran Ər-Riyadın əməkdaşlıq edə bilər. SİA RİA Novostoyə istinadən xəbər verir ki, Zərif bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib. O deyib ki, İran və Səudiyyə Ərəbistanının bir-birinə qarşı düşmənçilik siyasəti aparmasına heç bir səbəb görmür: "Həqiqətən də biz gələcəkdə regionun sabitliyi məsələsində əməkdaşlıq edə bilərik. Biz Suriya, Yəmən, Bəhreyn və regionun digər ərazilərində əhalinin acınacaqlı vəziyyətinə son qoymaq üçün birgə fəaliyyət göstərə bilərik".
Qeyd edək ki, Tehran Ər-Riyad münasibətləri ötən il Səudiyyə Ərəbistanında məşhur şiə lideri Namra əl-Namranın edam edilməsindən sonra pozulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB