"Reyna" terrorçusu ələ keçdi FOTOLAR - VİDEO

"Reyna" terrorçusu ələ keçdi FOTOLAR - VİDEO

İstanbulun Ortaköy ərazisindəki "Reyna" gecə klubunda 39 nəfəri qətlə yetirən İŞİD terrorçusu Esenyutda digər bir İŞİD üzvünün evində tutulub. SİA "Sabah.com.tr" saytına istinadən xəbər verir ki, terrorçu ilə birgə 3 nəfər Afrika mənşəli qadınlar da həbs edilib. Qeyd olunur ki, terrorçular afrikalı qadınlardan özlərini biruzə verməməkdən ötrü istifadə ediblər. Onlar əsasən, dükanlara və s. alış-veriş ehtiyaclarını təmin etməkdən ötrü afrikalı qadınları evlərində saxlayıblar.

İstanbul polisinin terrorla mübarizə baş idarəsindən qeyd olunur ki, özbək mənşəli İŞİD terrorçusu Abdulqadir Maşaripovun axtarışları uzun müddət davam etsə də, sonda onun ələ keçirilməsi planı uğurla başa çatdırılıb.

Videoya bu linkdən baxa bilərsiniz:

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə