Mayamidə silahı hücum YARALILAR VAR

Mayamidə silahı hücum YARALILAR VAR

ABŞ-ın Mayami şəhərində (Florida ştatı) Martin Lüter Kinq bayramı zamanı baş vermiş silahlı insident nəticəsində səkkiz nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə WSVN telekanalı yerli hakimiyyət nümayəndəliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, yaralılar arasında beş nəfər həddi-büluğa çatmayan şəxslər də var.

Telekanalın digər məlumatına görə, naməlum şəxslər axşam saatlarında Mayamidəki Martin Lüter Kinq Memorial parkında bayram keçirilərkən insanlara tərəf atəş açıblar.

Nəticədə altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan beçinin vəziyyəti stabildir. Lakin 20 yaşlı kişi kritik haldadır.

Polis iki nəfər şəxsi həbs edib və hadisə yerindən iki ədəd atəş açan silah aşkar edərək götürüb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə