Misirdə naməlum silahlılar nəzarət-keçid məntəqəsinə hücum edib. APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb. İlkin məlumata əsasən, hücum nəticəsində 6 hərbçi ölüb. Hazırda məntəqə ətrafında silahlılarla hərbçilər arasında döyüş davam edir. Hadisə yerinə əlavə hərbi qüvvələr göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB