ŞOK iddia: İran Suriyaya görə Rusiyadan narazıdır

ŞOK iddia: İran Suriyaya görə Rusiyadan narazıdır

İran Rusiyanın bölgə ölkəsi olmadığı üçün Suriyaya müdaxiləsindən dolayı narahat olub. Axar.az Taymtürk-ə istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbələr bölgə ölkəsi yanaşmasından dolayı İran tərəfinin Rusiyanın Suriyada artan maraqlarından narahat olduğunu bildiriblər.

İran tərəfinin Türkiyənin Suriya böhranının həllində iştirakından narahat olmadığı, yalnız "Fərat qalxanı" əməliyyatının rəsmi Tehranı qane etmədiyi qeyd edilir. Hətta Çavuşoğlu-Zərif arasında 20 dəfə aparılan telefon danışığı tərəflərin fikir mübadiləsində maraqlı olduqlarını göstərir.

İran tərəfindən səsləndirilən bəyanatda Suriya üçün bölgə ölkələrinin birgə hərəkətinin tələb edilməsi rəsmi Tehranın böhranın həllində Rusiyanın iştirakından narazı olduğunu bir daha göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə