İtaliya hərbi təyyarəsi Bolqarıstanda qəza enişi edib

İtaliya hərbi təyyarəsi Bolqarıstanda qəza enişi edib

İtaliyaya məxsus "Spartan" hərbi təyyarəsi Bolqarıstanın paytaxtında qəza enişi edib. RİA Novosti agentliyinin yaydığı xəbərə görə, qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub. Məlumata əsasən, bundan əvvəl İtaliya hərbçilərindən ibarət nümayəndə heyəti təyyarə ilə Plovdiv şəhərində keçirilən konfransa yollanıb. İnsident nəticəsində zərərçəkən olmayıb. Məlumata görə, hazırda hava limanı ştat rejimində işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə