Atambayev göstəriş verdi

Qırğızıstan prezidenti Almazbek Atambayev, Türk Hava Yollarına məxsus Boeing 747-400 təyyarəsinin qəzaya uğraması hadisəsinin dərindən araşdırılmasını tapşırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında THY-ə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə