Bağdadda partlayış baş verib

Dünən İraqın paytaxtı Bağdadda partlayış baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin cənub hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, yolun kənarında quraşdırılan partlayıcı qurğunun işə salınması nəticəsində azı 4 nəfər yaralanıb. Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə