Gürcüstanda birinci xanımın qardaşı həbs olundu

Gürcüstanda birinci xanımın qardaşı həbs olundu

Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən ölkənin birinci xanımı Mika Çiçuanın qardaşı Mixail Mqaloblişvili saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Mixail Mqaloblişvilinin Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə (odlu silah əldəetmə və saxlama) ittiham olunduğu bildirilib. Məlumata görə, 13 yanvar tarixində birinci xanımın qardaşı haqqında həbs qətimkan tədbiri seçilib. Mqaloblişvilinin vəkili açıqlama verməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə