Almaniya kəşfiyyatı: "Rusiya Avropa ilə ABŞ arasında gərginlik yaradır"

Almaniya kəşfiyyatı: "Rusiya Avropa ilə ABŞ arasında gərginlik yaradır"

Almaniya xüsusi xidmət orqanları Rusiyanı Avropa ilə ABŞ arasındakı münasibətləri pozmaqda günahlandırıb. Axar.az xəbər verir ki, bu barədə məlumat Almaniya Federal Kəşfiyyat Xidmətinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, Rusiya Qərb ölkələrində ictimai konfliktləri gücləndirmək istəyir. Moskva, xüsusilə, Avropanın ABŞ-la sıx əlaqələrini sual altına qoymağa çalışır.

Qeyd edək ki, Qərb-Rusiya münasibətləri Ukrayna hadisələrindən sonra pisləşib. Moskvanın Krımı ilhaq etməsi və Donbasdakı separatçılara açıq dəstək verməsi Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə