Çində zəncirvarı yol qəzası oldu, 6 nəfər öldü

Çində zəncirvarı yol qəzası oldu, 6 nəfər öldü
Çində 19 avtomobilin zəncirvarı qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Hadisə ölkənin cənubundakı Quandun və Xunan vilayətlərini birləşdirən avtomagistralda baş verib. Yerli yol polisinin məlumatına görə, hadisə nəticəsində 7 avtomobildə yanğın baş verib. Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə