ABŞ Astanada Suriya ilə bağlı keçiriləcək danışıqlara dəvət edilməyib. SİA-nın "Haberler"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Toner məlumat yayıb.
Toner "23 yanvar tarixində Astanada keçiriləcək Suriya iclaslarına dəvət edildinizmi? Görüşlərdə sizin bir rolunuz olacaqmı?" sualını belə cavablandırıb: "Bir rolumuz olacaqmı, bilmirəm və bu mövzuda sizi danışıqları təşkil edən Rusiya və Türkiyəyə istiqamətləndirmək istəyirəm. Bizə hələ ki, danışıqlarda iştirak etmək üçün dəvət gəlməyib. Dövlət katibimizin özünün də qeyd etdiyi kimi, o, rusiyalı və türkiyəli həmkarları ilə Suriya məsələsi üzrə danışıqlar aparır. Bu səbəblə, əlbəttə, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Amma bu danışıqları təşkil edən biz deyilik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB