Ukrayna ordusu Krım yaxınlığında raket təlimləri keçirib

Ukrayna ordusu Krım yaxınlığında raket təlimləri keçirib

Ukrayna ordusu Krım yaxınlığında yerləşən Xerson vilayətində raket təlimləri keçirib. Bu barədə Ukrayna Müdafiə nazirliyinin məlumatında deyilir. Məlumata görə, Xerson vilayətində taktiki-operativ, hava hücumundan müdafiə və hərbi təyinat bölmələri birgə təlimlər keçirib. Qeyd edək ki, dekabrın 1-də Xerson vilayətində keçirilən təlimlərdə orta məsafəli idarəolunan S-300 zenit raketləri sınaqdan keçirilmişdi. Rusiya Müdafiə nazirliyi təlimlərlə bağlı Ukrayna tərəfinə xəbərdarlıq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə