Fabrikdə partlayış 1 ölü, 15 yaralı (FOTOLAR)

Fabrikdə partlayış 1 ölü, 15 yaralı (FOTOLAR)

Türkiyənin Kocaeli vilayətində fabrikdə partlayış olub. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində fabikdə çalışanlardan 1 nəfəri ölüb, 15 nəfəri isə yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qrupu cəlb edilib. Fabrikdə yanğın olmadığı üçün xilasetmə ərazini nəzarətə götürüb.

Hazırda yaralılar Gabze və Darıcada yerləşən xəstəxanalara yerləşdiriliblər. Yaralıların vəziyyətinin normal olduğu açıqlanır. Hadisə ilə bağlı araşdırmalar davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə