ABŞ Maliyyə Nazirliyi kimyəvi silahların istifadəsi iddiaları ilə bağlı Suriya Silahlı Qüvvələrinə və bəzi suriyalı hərbçilərə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, Suriya Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Prezident Qvadiyası sanksiyalara daxil edilib. Suriyanın 18 yüksək rütbəli hərbçisi də sözügedən sanksiyada yer alıb.
Bundan əlavə, sanksiyalara salınan qurum və şəxslərin ABŞ-dakı vəsaitləri də dondurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB