Portuqaliyanın fiskal orqanları daşınmaz əmlaka, o cümlədən dəniz mənzərəsinə baxan evlərə qoyulan verginin dərəcəsini artırıb. "Vergiler.az" saytının məlumatında deyilir ki, bundan sonra pəncərəsindən dəniz görünən ev sahibləri 20 faiz artıq vergi ödəyəcəklər. Maraqlısı odur ki, pəncərəsi şimala açılan və ya pəncərəsindən qəbiristanlıq görünən ev sahibləri əmlak vergisini 10 faiz güzəştlə ödəmək hüququna malikdirlər.
Artıq qüvvəyə minmiş bu qanun yalnız yeni tikilən binalara, eləcə də yenidən qiymətləndirilmiş mənzillərə tətbiq olunur. Əmlaka qoyulan vergi hesablanarkən, hansı mərtəbədə yerləşməsindən asılı olmayaraq, mənzilə günəş işığının düşməsi nəzərə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB