Avstraliyalı turistlərə “rüsvay marşı” cəzası FOTO

Avstraliyalı turistlərə “rüsvay marşı” cəzası FOTO

İndoneziya məhkəməsi ölkənin Qili adasında iki avstraliyalı turistə törətdikləri oğurluq hadisəsinə görə "rüsvay marşı" cəzası kəsib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnslistlərə kurort şəhərciyinin rəsmi nümayəndələri məlumat verib.

Məhkəmə qərar verdikdən sonra gənc kişi və qadın polislərin müşayiəti ilə şəhər küçələrində addımlayıblar. Onların boyunlarından "Mən oğruyam. Mənim elədiklərimi heç kim etməsin" adlı löhvələr asılıb.

Yerli administrasiyanın rəhbəri Muhammad Taufik deyib ki, adları açıqlanmayan avstraliyalı turistlər yaşadıqları oteldən velosiprd oğurlayıblar. Hüquq-mühafizə orqanları isə turistləri bir gün sonra həbs ediblər. Taufikin sözlərinə görə, oğurluq hadisəsi tam araşdırıldıqdan sonra məhkəmə "rüsvay marşı" qərarını verib və sonra onlar adadan qovulublar.

Administrasiya rəhbəri bildirib ki, ictimai cəza məqsədli müvafiq praktika bir neçə ildir ki, həyata keçirilir. Bu qanun isə kimliyindən asılı olmayaraq, istər yerli, istərsə də xaricdən gəlmiş qonaqlara aiddir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə