Kabildə növbəti qanlı terror: Ölənlərin sayı 38 nəfərə çatıb

Kabildə növbəti qanlı terror: Ölənlərin sayı 38 nəfərə çatıb

Yanvarın 10-da Əfqanıstanın paytaxtı Kabildə parlament kompleksi yaxınlığında törədilən iki terror hadisəsi nəticəsində həlak olanların sayı 38 nəfərə yüksəlib. Assosiated Press agentliyinin rəsmi mənbələrə istinadla yaydığı məlumata görə, Dar-ul-Aman rayonunda partlayışlardan birini terrorçu-kamikadze törədib. Həmçinin parlament binası qarşısında minalanmış avtomobil partladılıb. Yaralananlar arasında Herat vilayətindən qadın deputatın da olduğu bildirilir.

Hücumun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə