Cənazə namazı ölümlə bitdi 2 ölü, 23 yaralı (FOTOLAR)

Cənazə namazı ölümlə bitdi 2 ölü, 23 yaralı (FOTOLAR)

İstanbulun Bakırköy rayonunun Ataköy bölgəsində günorta namazından sonra məsciddə qılınan cənazə namazı ölümlə nəticələnib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, namaz zamanı məscidin həyətində qurulan tent qarın ağırlığına tab gətirə bilməyərək çöküb. Onlarla insan qar yığımının altında qalıb. Bakırköyün Bələdiyyə sədri Bülənt Kərimoğlu hadisə zamanı 2 nəfərin öldüyü, 23 nəfərin yaralandığını açıqlayıb. Hadisə yerinə xilasetmə və mülki müdafiə qrupları cəlb edilib. İnsanların qarın altında qalma ehtimalı ilə bağlı axtarış işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə