Donald Tramp "Vahid Çin" siyasətindən imtina edərsə rəsmi Pekin buna görə intiqam alacaq. Bu fikirlər Çin Kommunist Partiyasının rəsmi mətbuat orqanı "Qlobal Tayms" qəzetinin məqaləsində qeyd edilib. Yazıda vurğulanıb ki, iki ölkə münasibətlərinin normal inkişafı üçün ABŞ liderləri Asiya-Pasifik regionundakı mövcud vəziyyətə hörmət etməlidir: "Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra bu siyasətdən imtina edərsə, Pekin ciddi şəkildə intiqam alacaq".
Qeyd edək ki, Tramp prezident seçildikdən dərhal sonra Tayvan lideri Çay İnvenlə telefon vasitəsilə əlaqə saxlayıb. Bu vaxta qədər Amerika liderləri Tayvanla birbaşa əlaqələrdən qaçaraq "Vahid Çin" siyasətini müdafiə ediblər. Trampın bu addımı Çinin kəskin reaksiyasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB