"Ötən il 15 iyul dövlət çevrilişi cəhdi ilk olmasa da, ən böyük xəyanət idi". SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səfirlərin Konfransında çıxış edərkən deyib.
"Ötən il bu konfrans vasitəsi ilə sizlərə xitab edərkən FETO-ya ayrı yer vermişdim. Lakin 15 iyul gecəsi yaşananlar təəssüf ki, dilə gətirdiyim narahatlıqları haqlı çıxarmış oldu. Milli səfərbərlik ruhu ilə gecəmizi gündüzümüzə qatıb çalışırıq. İyulun 15-də baş verənlər dövlətimizə qarşı ilk xəyanət deyil, fəqət planlaşdırılmış şəkildə ən böyük xəyanət idi. Xəyanət nə qədər böyük oldusa, millətin onun qarşısındakı qiyamı da bir o qədər əzəmətli oldu. Min illik ənənələrə sahib olan millətimiz üçün 2023-cü il xüsusi il olacaq. Bildiyiniz kimi, 2023-cü il üçün iddialı hədəflər ortaya qoymuşuq və həmin hədəflərə doğru əmin addımlarla irəliləyirik"- deyə, Ərdoğan bildirib.
Onun sözlərinə görə, millətin malını, mülkünü, övladlarını qəsb edən bu şəbəkə ən böyük terror hadisəsini həyata keçirib: "15 iyul gecəsi millətimiz dövlətinə sahib çıxaraq çevriliş cəhdini boşa çıxardı. Hazırda iddialar tamamlandıqca və etiraflar gəldikcə xəyanətin böyüklüyünü daha çox anlayırıq. Dünyaya nümunə olacaq bir demokratiya dastanı yazdığı üçün millətimizlə nə qədər iftixar etsək azdır. Çevriliş cəhdi zamanı kimlərin sevindiyini yaxşı bilirik. Bu məsələdə də ikilistandartlar özünün göstərməkdədir. Çox təssüf ki, Avropa ölkələrində onlara qol-qanad verilir. Suriyalılara sığınacağı əsirgəyir, FETO və PKK-lıları qızılda gəzdirirlər. Onlara dost deməyə dilim gəlmir. Mütəffiq olduğumuz ölkələrə də bu hərəkəti yaraşdırmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB