Netanyahu açıqladı: Qüdsdə terror törədən şəxs İŞİD tərəfdarıdır

Netanyahu açıqladı: Qüdsdə terror törədən şəxs İŞİD tərəfdarıdır

İsrailin baş naziri Binyamin Netanyahu bütün məlumatların dünən Qüdsdə hərbiçilərin üzərinə yük maşını sürən sürücünün İŞİD terror təşkilatının tərəfdarı olduğunu göstərdiyini bildirib. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, B. Netanyahu deyib ki, hücum edənin şəxsiyyəti məlumdur, bütün əlamətlər onun İŞİD tərəfdarı olduğunu göstərir.

Baş nazir polisin Qüdsdə şübhəli şəxsin yaşadığı Cabel-Mukaber məhəlləsini əhatəyə aldığını bildirsə də, əməliyyatın detalları barədə məlumat verməyib.

Qeyd edək ki, dünən Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb. Hadisə turistlər arasında məşhur olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib. Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrail hakimiyyəti baş verən olayı terror aktı kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə