Qüdsdə terror aktı törədilib: 4 nəfər ölüb

Qüdsdə terror aktı törədilib: 4 nəfər ölüb

Qüds şəhərində yük maşınının insanların kütləvi toplaşdığı əraziyə sürülməsi nəticəsində ən azı 4 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə İsrail radiosunun məlumatında deyilib. İnsident nəticəsində 15-dən çox şəxsin yaralandığı bildirilib. Yük maşınının sürücüsü isə elə olay yerində öldürülüb. Mətbuata açıqlama verən polis əməkdaşı hadisənin terror aktı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə