Fransalı jurnalist: “Türklər pisdir” deməyi dayandıraq

Fransalı jurnalist: “Türklər pisdir” deməyi dayandıraq

Fransada hər kəs Türkiyə haqqında xoşagəlməz ifadələr işlətməkdən həzz alır. Davamlı olaraq "Türklər pisdir" deməyi dayandıraq. Bu, doğru deyil. Axar.az xəbər verir ki, bu sözləri fransalı jurnalist Jan Dominik Merçet "Frans 5" telekanalında çıxışı zamanı deyib.

Jurnalist qeyd edib ki, Fransa terrora qarşı mübarizə ilə bağlı Türkiyəyə lazımi dəstəyi göstərməyib: "Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələrdəndir. PKK-ya qarşı mübarizə Türkiyə üçün var olma məsələsidir. PKK-nın qalib gəlməsi Türkiyənin dövlət kimi sarsılmasına səbəb olacaq. Qərb sistematik olaraq Türkiyəni tənqid etməyi, açıq hədəfə çevirməyi dayandırmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə