Qazaxıstan OPEC qarşısındakı öz öhdəliklərini yerinə yetirməyə başlayıb. SİA bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir. Ölkənin energetika nazirliyinin rəsmisi Kuandik Kulmurzin bildirib ki, yanvar ayından başlayaraq Qazaxıstan gündəlik neft hasilatını 20 min barel azaldıb. Onun sözlərinə görə, cari ilin birinci yarısına kimi OPEC-ə üzv ölkələrin və müşahidəçi dövlətlərin görüşü olacaq. Gələcək addımlarla bağlı başqa görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, ötən il noyabarın 30-da OPEC-ə üzv və qeyri-üzv dövlətlər gündəlik neft hasilatını 1,2 milyon barel azaltmaqla bağlı razılığa gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB