Türkiyədəki iraqlı və suriyalı qaçqınların bir qisminə vətəndaşlıq veriləcək. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "İraqdan, Suriyadan gələn miqrantlarla bağlı Daxili İşlər Nazirliyi araşdırma aparır. Miqrantların bir qisminə vətəndaşlıq verəcəyik. Çünki onların arasında peşəkar mühəndislər, vəkillər, həkimlər və digər peşələrin sahibi olan yaxşı insanlar var. Bunlardan istifadə etməliyik. Sağda-solda qaçaq olaraq çalışmaqdansa vətəndaşımız olaraq fəaliyyət göstərsinlər", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, hazırda Türkiyədə 3 milyona yaxın miqrant yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB