ABŞ-da silahlı insident: 5 nəfər ölüb, 13 nəfər yaralanıb

ABŞ-da silahlı insident: 5 nəfər ölüb, 13 nəfər yaralanıb

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fort-Loderdeyl şəhərinin meri Barbara Şerif bəyan edib. "Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Cinayəti törədən şəxs saxlanılıb", deyə B.Şerif bildirib.

Qeyd edək ki, ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) naməlum şəxs hava limanında atəş açıb. İlkin məlumata əsasən, 5 nəfəri öldürən şəxs təxminən 35 yaşlı Latın Amerika əsilli şəxsdir.

Bütün xəbərlər Facebook səhifəmizdə