"Ötən gün İzmirdə baş verənlərdə şəhid olanlara Allahdan rəhmət diləyirəm. Böyük bir fəlakətin qarşısı alındı. Edam məsələsi parlamentdə müzakirə edilməsə də, mən bunu dəstəkləyirəm. Bir qatili bağışlamaq dövlətin haqqı deyil". SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxış edərkən deyib.
O bildirib ki, dövlət yalnız özünə qarşı işlənən cinayətlərlə mübarizə aparır: "Lakin bu terrorçuların günahsız insanları öldürməsi nəticəsində onları qonaq edib, bəsləmək kimi haqqımız yoxdur. Türkiyədə separatçılıq üzrə addımlar İŞİD və FETO tərəfindən həyata keçirilir. Onlardan istifadə edənlər qəhrəmancasına qarşımıza çıxmaq əvəzinə, Türkiyəni öz yolundan döndərməyə çalışırlar. Biz millət olaraq heç zaman qaçmadıq. Biz ötən ilin 15 iyulunda "ölsəm şəhid, qalsam qaziyəm" deyən millətik. Belə bir millətin terrorçulara boyun əyəcəyini düşünənlərə təəssüf olsun. Günahsız insanları incidənlər etdiklərinin cəzasız qalacağını düşünməsinlər. Biz onlarla mübarizə aparır və gözlədiyimiz vaxtın uzaq olmadığına inanırıq. Bu atəş öz mənfəətləri üçün terror təşkilatlarını bizim üzərimizə salanları yandırdıqda iş işdən keçmiş olacaq".
Ərdoğan qeyd edib ki, Türkiyə bu müsibətin də öhdəsindən gələcək: "Ötən gün İzmirdə terrorçunun üzərinə atlayaraq şəhid olan polisimizi gördünüz. Bu ölkədə İzmirdəki polisimiz kimi 80 milyon qəhrəman var. Türkiyə qəhrəmanlar diyarıdır. Bu ölkədə tanklara meydan oxuyan gənclər, yaşlılar var. Belə bir ölkəni diz çökdürməyə kimin gücü çatar? Türkiyə tarixində ən güclü dövlət-millət birliyini yaradaraq inkişaf yolunu davam edir. Xain əməllər arxasında olanları məğlub edərək 2023-cü ildə hədəflərimizə çatacağıq. Biz hər zaman bir, diri, qardaş və birlikdə Türkiyə olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB