Əfqanıstanın Qilmend əyalətində silahlı şəxslərin hücumu nəticəsində 8 polis qətlə yetirilib, 3-ü yaralanıb. Bu barədə Ria Novosti agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, ordu generalı Əbdül Rəhim Çaxansuri hücumu Taliban qruplaşmasının hərbçilərinin törətdiklərini bildirsə də, hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB