Yaponiyada Yeni il tətilləri başa çatmaq üzrədir. Doğma yerlərə və kurortlara səfərdən dönəcək yaponları isə yollarda böyük tıxaclar, tam dolu qatarlar və təyyarələr gözləyir. SİA xəbər verir ki, aviaxətlərin və sürətli "Şinkansen" qatarlarının operatorlarının proqnozlarına görə, xüsusən yanvarın 3-də bütün yerlərin tutulacağı gözlənilir.
Bununla bərabər, sürətli yollarda da xüsusən günün ikinci yarısında tıxaclar proqnozlaşdırılır. Yaponiya Yol Nəqliyyatı Mərkəzinin məlumatında qeyd edilir ki, Tomey hayveyində tıxacların uzunluğunun 45 kilometrə çatacağı gözlənilir.//AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB