Vladimir Mixalkin 1989-cu ildə artilleriya marşalı rütbəsinə layiq görülən son sovet hərbçisi olub
90 yaşlı SSRİ marşalı Vladimir Mixalkin dünyasını dəyişib. O, 1989-cu ildə artilleriya marşalı rütbəsinə layiq görülən son sovet hərbçisi olub.
Mixalkin əslən Belarusun Bobruysk şəhərindəndir. Yeniyetmə dövründə cəbhəyə yollanıb və artıq 17 yaşında ikən "Hünərə görə" və "Leninqradın müdafiəsinə görə" medalları ilə təltif olunub.
Müharibədən sonra ordu sıralarında qalıb. 1983-cü ildə Mixalkin SSRİ Quru qoşunlarının raket qoşunları və artilleriya komandanı vəzifəsinə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB