Həbs olunmuş hakim intihar edib

Misir Dövlət Şurasının (Ali inzibati məhkəmə) korrupsiyada şübhəli bilinərək həbs olunmuş baş katibi Vayl Şalabi bazar ertəsi günü intihar edib. Youm7 nəşrinin məlumatına görə, Qahirədəki istintaq təcridxanalarından birındə saxlanılan sabiq yüksək vəzifəli hakim kamerasında asılmış vəziyyətdə tapılıb. O, dekabrın 31-də ölkənin Dövlət Şurasında mənimsəmə işi ilə əlaqədə şübhəli bilinərək tutulmuşdu.

Bir qədər əvvəl bu nüfuzlu məhkəmə orqanının satınalmalar baş idarəsinin rəhbəri də eyni ittihamla həbs olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə