Rusiya BMT-yə qətnamə göndərib

Rusiya BMT-yə qətnamə göndərib

Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsə dair qətnamə göndərib.

SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

Çurkin jurnalistlərə verdiyi açıqlamada, BMT Təhlükəsizlik Şurasından Suriyada bütün ölkə ərazisində dünən qüvvəyə minən atəşkəsi dəstəkləmələrini istəyəcəklərini ifadə etdi.

"Güman edirik ki, qətnamə üzrə səsvermə dekabrın 31-də baş tutacaq", deyə V.Çurkin bildirib.

Qeyd edək ki, ötən gün Suriya ordusu və müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə