NATO-dan Türkiyəyə  dәstәk

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu vә NATO-nun baş katibi Jens Stoltenberq arasında telefon danışığı olub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qarşı tərəfin tələbi ilə hәyata keçirilәn telefon danışığında NATO-nun baş katibi Stoltenberq Çavuşoğlunu Suriyada tәmin edilәn atәşkәs münasibәtilә təbrik edib.

Stolterberg Türkiyәyә töhfәlәrinә görә tәşәkkür edib vә NATO-nun prosesә dәstәk verdiyini bildirib.

Görüşdə Suriyadakı proseslər gələcək dövrdə atılacaq addımlar qiymətləndirilib.

Mәlumata görә, Çavuşoğlu və Stoltenbergin ən qısa zamanda bir araya gəlmə məsələsində razılığa gәliblәr.

Bütün xəbərlər Facebook səhifəmizdə