"Kinder-sürpriz" adlı şokoladlı yumurtanın yaradıcısı Vilyam Saliçe vəfat edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 83 yaşlı Vilyam İtaliyada dünyasını dəyişib. Saliçenin ölümünə səbəb kimi bir müddət əvvəl insult keçirməsi göstərilir.
27 yaşından iri şokolad firması olan "Ferrero"da fəaliyyət göstərən V.Saliçenin oyuncaqlı şokolad yaratmaq ideyası uğurlu alınıb.
Şirkət 40 il ərzində "Kinder-sürpriz"in satışından milyardlarla dollar qazanıb. Bu şokalad, nəinki, uşaqların, eləcə də, böyüklərin sevimlisinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB