"İŞİD-in arxasında xarici ölkələr dayanır" İraq XİN

"İŞİD-in arxasında xarici ölkələr dayanır" İraq XİN

İŞİD terror qruplaşmasının arxasında xarici ölkələrin hökumətləri dayanır. Həmin ölkələr terror qruplaşmasını müasir silah növləri ilə

təchiz edirlər. SİA-nın məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri deyib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşması böyük silah-sursat ehtiyatına malikdir: "İŞİD böyük imkanlara malikdir, ona maliyyə dəstəyi verilir. Bu adi dəstək deyil, hökumətlər tərəfindən verilən dəstəkdir. İŞİD-in arxasında hökumətlər və onların büdcələri dayanır. İraq ordusu bütün bunları nəzərə alaraq düşmənlə mübarizəni davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə