İraqın Baş naziri açıqladı: İŞİD üç aya darmadağın ediləcək

İraqın Baş naziri açıqladı: İŞİD üç aya darmadağın ediləcək

İraq bu ölkənin ərazisində fəaliyyət göstərən İŞİD terror qruplaşmasını üç ay ərzində darmadağın edəcək. Bu bəyanatı İraqın Baş naziri Heydər əl-Abadi səsləndirib. TASS informasiya agentliyi xəbər verir ki, baş nazirin sözlərinə görə, İŞİDİ tam məhv etmək üçün İraqa üç ay vaxt lazımdır.

Hazırda İraq örtüsü ölkənin ikinci böyük şəhəri olan Mosulun qruplaşmadan azad edilməsi istiqamətində əməliyyatlar aparır. Bu şəhər iki ildən çoxdur ki, İŞİD yaraqlılarının nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı sayılır. Mosulda yerüstü hərbi kampaniya oktyabrın 17-də başlayıb. Əməliyyatlarda ordu ilə yanaşı, şiə könüllüləri, kürd döyüşçülərindən ibarət "Peşmərgə" dəstələri iştirak edirlər. Onları İraq Hərbi Hava Qüvvələri və beynəlxalq koalisiyanın aviasiyası dəstəkləyir.

Bu ərəfədə İraq və Suriyada İŞİD-ə qarşı beynəlxalq əməliyyatların komandanı general-leytenant Stiven Taunsend bəyan etmişdi ki, qruplaşmanın bütünlüklə məhv edilməsi azı iki il çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə