Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin İŞİD-dən azad olunması və terror qruplaşmasının tam məhvi iki il davam edəcək. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın komandanı general Stiven Taunsend "Daily Beast"ə müsahibəsində bildirib.
"İşlərimizi səylə yerinə yetirsək, Mosulun və Rakkanın İŞİD-dən təmizlənməsi, Suriya səhrasında gizlənə biləcək ayrı-ayrı silahlı dəstələrin tapılıb zərərsizləşdirilməsi ən azı 2018-ci ilin sonunda mümkün olacaq", deyə general qeyd edib. S.Taunsend həmçinin etiraf edib ki, qərb koalisiyasının apardığı əməliyyat ağır irəliləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB