Meksikada idman federasiyasının prezidenti rüşvətə görə həbs olundu
Meksika Yüngül Atletika Federasiyasının prezidenti Antonio Losano həbs olunub. "Report"un məlumatına görə, A.Lusano 232 min avro mənimsəməkdə ittiham edilir. Bədən Tərbiyəsi və İdman Milli Komissiyası federasiyaya maliyyə ödənişini dayandırıb. Bundan sonra federasiya prezidenti yerli idman nazirliyinin ayırdığı vəsaitin tibbi xərclərə necə xərcləndiyini izah edə bilməyib. İndi bununla bağlı istintaq başlayıb.
Qeyd edək ki, Antonio Losano 2009-cu ildən federasiyaya rəhbərlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB