Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə daha iki meyit tapılıb

Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə daha iki meyit tapılıb

Ötən gün Qara Dənizdə Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğradığı yerdə xilasediclər daha iki meyit tapıblar. "RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, qəza qurbanlarının qalıqlarını daşıyan təyyarə artıq Moskvaya çatıb, burda qalıqlar genetik ekspertizadan keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb. Təyyarənin "qara qutusu" tapılmayıb.

Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Onlardan 13-nün meyiti tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə