İlk əl köçürmə əməliyyatı reallaşdırılıb

İlk əl köçürmə əməliyyatı reallaşdırılıb

Polşada anadangəlmə əli olmayan 32 yaşlı kişiyə əl köçürülüb. SİA "Daily Mail"ə istinadən xəbər verir ki əməliyyatı reallaşdıran həkim, dünyada bu əməliyatın ilk dəfə olduğunu söyləyib. Piotr adlı adama vəfat edən bir donorun əli köçürülüb. Əməliyyat 13 saat davam edib. Onun hələlik yalnız barmaqlarını oynadmasına baxmayaraq həkimlər, ümidlidir ki, əlini hərəkət etdirə biləcək. Əməliyyatı reallaşdıran Wroclaw Medical Universitetinin işcisi, Adam Domanasiewicz, bu köçürmənin dünyada ilk dəfə baş verdiyini söyləyib. Onun sözlərinə görə, müəyyən orqanları olmadan doğulan və protezdən istifadə edən minlərlə insan üçün bu əməliyyat bir ümid ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə