Fransada terror təhlükəsinin çox yüksək səviyyədə olduğu açıqlanıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Fransanın milli polisinin rəhbəri Jan-Mark Falkon deyib. O bildirib ki, ölkənin kəşfiyyat xidmətləri gündəlik olaraq terror təhlükəsini təhlil edir: "Fransa digər Avropa ölkələri kimi beynəlxalq koalisiyanın tərkibində olduğu üçün bir neçə ay ərzində terror təhlükəsi çox yüksək səviyyədə qalır. Nitsedə və Berlində törədilmiş terror hadisələri insanların olduğu kütləvi yerlərdə təhlükəsizlik tədbirlərinin artırılmasını zəruri edir".
Onun sözlərinə görə, Berlində yarmarkaya edilən hücum nəzərə alınaraq, Fransada bütün bayram yarmarkalarında təhlükəsizlik tədbirləri görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB