Bu il Avropaya Aralıq dənizi ilə 170 min miqrant və qaçqın gəlib

Bu il Avropaya Aralıq dənizi ilə 170 min miqrant və qaçqın gəlib

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 300-ə yaxın miqrant xilas olunub. "İnterfaks" agentliyinin verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir. Son sutka ərzində həmçinin dənizdə batan 7 miqrantın meyiti aşkarlanıb.

Dekabrın 1-ə olan məlumata əsasən, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 170 min miqrant və qaçqın gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə