Xorvatiya Milad bayramına hazırlaşır (Fotosessiya)

Xorvatiya Milad bayramına hazırlaşır (Fotosessiya)

Xorvatiya Milad bayramına hazırlaşır. Bayram əhval-ruhiyyəsi Zaqreb şəhərində yaradılmış yeddi milad bazarında daha aydın hiss olunur. Bu bazarlardan ən əsası Bana Yosip Elaçiç meydanında yerləşir. Oyuncaq evlərə bənzəyən köşklərdə bayramla əlaqədar qablar, əl işi olan kuklalar, bəzəklər və şirniyyatlar satılır.

Milli musiqi şəhərin bir çox yerlərində eşidilir. Klassik musiqi həvəskarları Marşal Tito meydanında Xorvatiya Milli Teatrının balkonunda orkestrin canlı ifasına qulaq asa bilərlər. Eyni zamanda, sürüşmək üçün xüsusi buz meydanları da hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə