Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan "Boyarışnık" maddəsindən zəhərlənərək ölənlərin sayı 62 nəfərə çatıb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, zərərçəkənlərin sayı ümumilikdə 107 nəfər təşkil edib.
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB