ABŞ: Moskva görüşündən sonra Suriyada atəşkəs barədə danışmaq tezdir
Rusiya, Türkiyə və İran XİN-in rəhbərlərinin görüşündən sonra Suriyada atəşkəs barədə danışmaq tezdir. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib. "Fikirləşirəm ki, bu barədə danışmaq hələ tezdir", - Kirbi deyib. Nümayəndə əlavə edib ki, Kerri Lavrovla və Çavuşoğlu ilə telefon danışığı aparıb və onlar aparılan danışıqlar barədə ona məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB