Dünən ABŞ-da prezident seçkilərinin ikinci mərhələsi keçirilib. Bu mərhələdə Seçkiçilər Kollegiyasının nümayəndələri birbaşa seçkilərdə səs vermiş seçicilərin səslərini "təsdiqləyirlər". Beləliklə, yeni seçilmiş Prezident Tramp 538 seçici səsindən 304-nü toplayaraq ABŞ-ın 45-ci prezidenti olacaq (qalib gəlmək üçün 270 seçici səsi toplamaq zəruridir). Bəzi ictimai qruplar seçkiçiləri Trampın əleyhinə səs verməyə vadar etmək üçün kampaniyalar başlayıblar, lakin bu kampaniyalar uğursuz olub.
Məlum olduğu kimi ABŞ-da prezident seçkiləri iki mərhələdən ibarətdir. Birinci turda seçicilər öz namizədlərinə səs verirdilər, lakin bu səslər ştatlardan olan seçicilərin xeyrinə hesablanır. Sonra, dekabr ayında həmin seçicilər təmsil etdikləri ştatların qərarlarına uyğun olaraq namizədə səs verirlər. Seçkilərdə qalib gəlmək üçün namizəd 270 seçkiçinin səsini toplamalıdır. Bir sıra ştatlarda və Kolumbiya dairəsində seçkiçilər birbaşa səsvermə mərhələsində qalib gəlmiş namizədə səs verməyə borcludurlar. On dörd ştatda isə seçkiçilər öz mülahizələrinə görə səs verə bilərlər. Seçkiçilər Kollegiyası ondan ötrü düşünülüb ki, əhalisi sıx olan Nyu-York, Kaliforniya və ya Texas kimi ştatlar bütün ölkənin əvəzindən seçkilərin nəticəsini həll edə bilməsinlər, çünki əks halda əhalisinin sayı az olan Montana, Vayominq və ya Şimali Dakota kimi ştatların seçicilərinin səslərinə etinasızlıq göstərilmiş olardı. Amerikada tətbiq edilən bu cür seçki formatı əhalinin əksəriyyəti tərəfindən azlığa münasibətdə "tiranlığın" qarşısını almağa yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB