Rusiya və Türkiyə müdafiə nazirləri görüşüb

Rusiya və Türkiyə müdafiə nazirləri görüşüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Fikri İşıqla görüşüb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, nazirlər səfir Andrey Karlovun qətlə yetirilməsini müzakirə ediblər. S.Şoyqu qətlin terror aktı olduğunu deyib və ümid etdiyini bildirib ki, qətl hadisəsi diqqətlə araşdırılacaq, günahkarlar cəzasını alacaq.

Nazirlər, həmçinin Hələbdəki vəziyyəti də müzakirə ediblər. F.İşıq bildirib ki, Şərqi Hələbin yaraqlılardan azad edilməsi üçün əməliyyatlar uğurla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə